Basketbol Liqasının 17-ci turda çempionatın autsayderi “Olimpik Şəki” liderlər qrupunda qərarlaşan “Sərhədçi”ni qəbul edib.
Şəki Olimpiya İdman Kompleksində təşkil olunan görüş qonaq komandanın üstünlüyü şəraitində keçib. İlk periodu 29:19 hesabı ilə öndə tamamlayan “sərhədçilər” böyük fasiləyə kimi xal fərqini daha da artırıblar – 50:32. Növbəti hissələrdə də inamla çıxış edən “Sərhədçi” basketbolçuları mübarizədən 106:83 hesablı qələbə ilə ayrılıblar. Qarşılaşmanın ən məhsuldar basketbolçusu Endar Poladxanlı olub. “Sərhədçi” komandasının üzvü 41 xal və 13 ribandla fərqlənib. Bu qələbə sayəsində xallarının sayını 29- a çatdıran “Sərhədçi” ikinci pillədədir. Komanda liderdən NTD–dən 1 xal geri qalır. İlk 3-lüyü bir oyun az keçirilən və 27 xala malik “Sabah” tamamlayır.